Baş səhifə
Xəbərlər
Akademiya
“Özünü kəşf və müqayisə meyarları” mövzusunda master-klass keçirilib

“Özünü kəşf və müqayisə meyarları” mövzusunda master-klass keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Gömrük işi və idarəetmə kafedrasının təşkilatçılığı ilə “İnkişaf bələdçiləri” layihəsinə başlanıldı. Bu layihə, mütəmadi olaraq uğurlu start-up və işgüzar fəaliyyətdə olan şəxslərlə tələbələrin görüşünü təşkil etməyi əsas tutur. Layihə çərçivəsində tələbələr üçün “Özünü kəşf və müqayisə meyarları” mövzusunda master-klass keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri, i.ü.f.d. Elvin Əlirzayev “İnkişaf bələdçiləri” layihəsi barəsində məlumat verərək tədbirin önəmindən bəhs edib.
Layihə üzrə ilk dəvət edilən mütəxəssis EDUGrata Təhsil Mərkəzinin direktoru Cəlal Cümşüdi, şəxsi inkişaf və uğurlu karyera quruculuğu istiqamətində öz həyat və işgüzar təcrübələrini gənclərlə bölüşüb. “İnkişaf bələdçisi” kimi Cəlal Cümşüdi, müqayisə meyarları vasitəsilə insanların özlərini obyektiv qiymətləndirmələri və inkişaf sahələrini müəyyən etmələri ilə bağlı tələbələrə faydalı tövsiyələr təqdim edib.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.